​İordaniyada minalanmış avtomobil partlayıb, ölən və yaralananlar var

​İordaniyada minalanmış avtomobil partlayıb, ölən və yaralananlar var Hadisə Rukban rayonunda suriyalı qaçqınların yaşadığı düşərgənin qarşısında törədilib
Digər ölkələr
21 İyun , 2016 12:30
​İordaniyada minalanmış avtomobil partlayıb, ölən və yaralananlar var

Bakı. 21 iyun. REPORT.AZ/ İordaniya-Suriya sərhədində minalanmış avtomobil partlayıb. 

"Report" BBC-yə istinadən xəbər verir ki, hadisə Bakı vaxtı ilə saat 06.30-da Rukban rayonunda suriyalı qaçqınların yaşadığı düşərgənin qarşısında törədilib. 

Nəticədə iordaniyalı bir neçə sərhədçi ölüb və yaralanıb. 

Qeyd edək ki, iki həftə əvvəl ölkə paytaxtı Amman ətrafındakı fələstinli qaçqınların yaşadığı qaçqın düşərgəsinə edilən silahlı hücum nəticəsində İordaniya kəşfiyyat idarəsinin 5 əməkdaşı ölüb. 

Son xəbərlər

Orphus sistemi