​İordaniya kralı: "Suriyalı qaçqınların qəbulunu dayandırmağa məcbur olacağıq"

​İordaniya kralı: "Suriyalı qaçqınların qəbulunu dayandırmağa məcbur olacağıq" Abdullah II: "Ölkə büdcəsinin 25 faizi qaçqınlara yardıma xərclənir"
Digər ölkələr
2 Fevral , 2016 11:52
​İordaniya kralı: Suriyalı qaçqınların qəbulunu dayandırmağa məcbur olacağıq

Bakı. 2 fevral. REPORT.AZ/ "Suriyadan olan yüz minlərlə qaçqının gəlməsi ölkəmizin infrastrukturuna və iqtisadiyyatına problem yaratdığından çox güman ki, onların qəbulunu dayandırmaq məcburiyyətində qalacağıq".

"Report" xəbər verir ki, bunu İordaniyanın kralı II Abdullah BBC-yə müsahibəsində bildirib.

"Gec-tez sədd dağılacaq... Fikrimcə, vəziyyət qaynama nöqtəsinə çatıb", - deyə o, vurğulayıb.

İordaniya kralının sözlərinə görə, ölkə büdcəsinin 25 faizi qaçqınlara yardıma xərclənir, sosial xidmətlər imkanları xaricində fəaliyyət göstərir, işsizlik artır.

Qeyri-rəsmi məlumatlara əsasən, BMT-nin qeydə aldığı 4,6 milyon suriyalı qaçqından 635 min nəfəri İordaniyaya sığınıb.

Qeyd edək ki, rəsmi Ankara iki milyondan çox suriyalı qaçqının Türkiyəyə sığındığını bildirir.

Son xəbərlər

Orphus sistemi