İndoneziyanın şərqində 5,1 gücündə zəlzələ baş verib

İndoneziyanın şərqində 5,1 gücündə zəlzələ baş verib Dağıntılar və xəsarət barədə məlumat verilmir
Digər ölkələr
19 Mart , 2015 08:01
İndoneziyanın şərqində 5,1 gücündə zəlzələ baş verib

Bakı. 19 mart. REPORT.AZ/ İndoneziyanın şərqindəki Qərbi Papua əyalətinin sahillərində bu gecə 5,1 bal gücündə zəlzələ baş verib.

"Report"-un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Supiori adlı adadan 148 km cənub-qərbdə yerləşib.

Zəlzələnin ocağı isə Çendravasix körfəzində 18 km dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət barədə məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi