İndoneziyanın prezidenti Yaponiyaya səfər edib

İndoneziyanın prezidenti Yaponiyaya səfər edib Dənizdə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilir
Digər ölkələr
23 Mart , 2015 19:32
İndoneziyanın prezidenti Yaponiyaya səfər edib

Bakı. 23 mart. REPORT.AZ/ İndoneziyanın prezidenti Coko Vidodo Yaponiyaya dörd günlük səfərə gəlib.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, səfər çərçivəsində C.Vidodo Yaponiya rəsmiləri ilə keçirəcəyi görüşlərdə iki ölkə arasında işgüzar əlaqələr və dənizdə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcək.

İndoneziya prezidenti Tokioya martın 22-də axşam çatıb. Bu, onun ötən ilin oktyabrında dövlət başçısı seçildikdən sonra Yaponiyaya ilk rəsmi səfəridir. C.Vidodonun Baş nazir Şinzo Abe ilə görüşü martın 23-ə planlaşdırılıb. Görüş zamanı infrastruktur layihələrinə - elektrik stansiyalarına və liman obyektlərinə investisiyaların yönəldilməsi yolu ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələlərinə xüsusi diqqət yetiriləcəyi bildirilir.

İki ölkə liderlərinin görüşündə sahil mühafizəsi xidmətləri arasında əməkdaşlığın gələcək perspektivlərinin müzakirə olunacağı da gözlənilir.

Son xəbərlər

Orphus sistemi