​İndoneziyadakı terrorun məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb

​İndoneziyadakı terrorun məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb Onlar xarici ölkə vətəndaşlarını hədəf aldıqlarını bildirib
Digər ölkələr
14 Yanvar , 2016 15:14
​İndoneziyadakı terrorun məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb

Bakı. 14 yanvar. REPORT.AZ/ İndoneziyanın paytaxtı Cakartada törədilən terrorun məsuliyyətini terrorçu İŞİD qruplaşması üzərinə götürüb.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

"Hücumun hədəfində xarici ölkə vətəndaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları olub", - deyə terrorçular bildirib.

Qeyd edək ki, yanvarın 14-də səhər saatlarında Cakartanın 6 müxtəlif hissəsində törədilən partlayışlar nəticəsində 7 nəfər həyatını itirib, 7 nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi