​İndoneziyada zəlzələ olub

​İndoneziyada zəlzələ olub Tələfat və dağıntı haqda məlumat yayılmayıb
Digər ölkələr
16 Sentyabr , 2015 14:36
​İndoneziyada zəlzələ olub

Bakı. 16 sentyabr. REPORT.AZ/ İndoneziya sahillərində 6,3 bal gücündə zəlzələ olub. "Report" xəbər verir ki, bu haqda ABŞ-ın Geoloji Xidməti məlumat yayıb.

Xəbərə görə, yeraltı təkanlar Bakı vaxtı ilə 12:40-da qeydə alınıb. Zəlzələ ölkənin Şimali Sulavesi əyalətinin Bitunq şəhərindən 140 km şimal-şərqdə baş verib. Yeraltı təkanların ocağı 52,7 km dərinlikdə olub.

Tələfat və dağıntı haqda məlumat yayılmayıb. 

Son xəbərlər

Orphus sistemi