​İndoneziyada zəlzələ baş verib, yüz minlərlə sakin təxliyyə edilib

​İndoneziyada zəlzələ baş verib, yüz minlərlə sakin təxliyyə edilib Onların çoxu təkanların təkrar olunmasından ehtiyatlanaraq, hələ də evlərə qayıtmaqdan çəkinir
Digər ölkələr
9 Noyabr , 2015 14:08
​İndoneziyada zəlzələ baş verib, yüz minlərlə sakin təxliyyə edilib

Bakı. 9 noyabr. REPORT.AZ/ İndoneziyanın Sumatra adasının şimal hissəsində Banda-Açex şəhərindən 132 kilometr şimalda 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə "Report" "Qazeta. Ru"ya istinadən xəbər verir.

Noyabrın 8-də axşam saatlarında başlanan təkanlar səhərədək davam edib.

Zəlzələ nəticəsində yüz minlərlə sakin təxliyyə edilib. Onların çoxu təkanların təkrar olunmasından ehtiyatlanaraq, hələ də evlərinə qayıtmaqdan çəkinirlər.

Yerli hakimiyyət sunami qorxusunun olmadığını bildirir. Dağıntı və tələfat haqda məlumat verilmir. 

Son xəbərlər

Orphus sistemi