İndoneziyada tuneldə partlayış olub, 7 fəhlə ölüb, 6-sı yaralanıb

İndoneziyada tuneldə partlayış olub, 7 fəhlə ölüb, 6-sı yaralanıb Yaralılar xəstəxanaya yerləşdirilib
Digər ölkələr
25 Fevral , 2016 13:11
İndoneziyada tuneldə partlayış olub, 7 fəhlə ölüb, 6-sı yaralanıb

Bakı. 25 fevral. REPORT.AZ/ İndoneziyanın Sumatra adasında tikilməkdə olan elektrik stansiyasında baş verən partlayış nəticəsində 7 fəhlə həyatını itirib, 6-sı yaralanıb.

"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, bunu təbii fəlakətlərin aradan qaldırılması üzrə yerli idarənin təmsilçisi Conson Tiriqan bildirib.

Onun sözlərinə görə, partlayış Şimali Sumatro əyalətinin Karp rayonundakı tuneldə baş verib: "Tuneldə iş görülən zaman gözlənilmədən partlayış baş verdi", - o, söyləyib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbi məlum deyil. 

Son xəbərlər

Orphus sistemi