​İndoneziyada qəzaya uğrayan təyyarə sərnişinlərinin meyitləri təxliyə olunur

​İndoneziyada qəzaya uğrayan təyyarə sərnişinlərinin meyitləri təxliyə olunur Hazırda təyyarədə olan ikinci "qara qutu" axtarılır
Digər ölkələr
20 Avqust , 2015 09:03
​İndoneziyada qəzaya uğrayan təyyarə sərnişinlərinin meyitləri təxliyə olunur

Bakı. 20 Avqust. REPORT.AZ/ İndoneziyada avqustun 16-da qəzaya uğrayan "Trigana Air Service" aviaşirkətinə məxsus "ATR 42-300" tipli sərnişin təyyarəsində ölənlərin cəsədlərinin təxliyəsi davam etdirilir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, xilasedicilər pis hava şəraiti səbəbindən təxliyə işlərinə başlaya bilmirdilər.

Məlumata görə, əməliyyat sona çatmaq üzrədir, yalnız ikinci "qara qutu"nu tapmaq qalır.

Bundan əvvəl təyyarənin göyərtəsində olan 54 nəfərin cəsədi və "qara qutu"nun aşkar edildiyi xəbəri verilmişdi.

Son xəbərlər

Orphus sistemi