İndoneziyada qəzaya uğrayan gəminin 39 sərnişini xilas edilib

İndoneziyada qəzaya uğrayan gəminin 39 sərnişini xilas edilib Qəzanın hansı səbəbdən baş verdiyi barədə məlumat yoxdur
Digər ölkələr
20 Dekabr , 2015 12:54
İndoneziyada  qəzaya uğrayan gəminin 39 sərnişini xilas edilib

Bakı. 20 dekabr. REPORT.AZ/ İndoneziyanın Sulavesi adası sahillərində qəzaya uğrayan sərnişin gəmisinin göyərtəsində olan 122 nəfərdən 39-u xilas edilib.

"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, hadisə yerində davam edən axtarış-xilasetmə tədbirləri nəticəsində həlak olanlardan üçünün cəsədi də aşkarlanıb.

Qəzanın hansı səbəbdən baş verdiyi barədə məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi