İndoneziyada İŞİD-in 7 tərəfdarı həbs edilib

İndoneziyada İŞİD-in 7 tərəfdarı həbs edilib Həbs edilənlər Suriyaya gedərək İŞİD-ə qoşulmağa hazırlaşırmış
Digər ölkələr
29 Sentyabr , 2016 05:39
İndoneziyada İŞİD-in 7 tərəfdarı həbs edilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ İndoneziyada İŞİD-in 7 tərəfdarı həbs edilib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə polisinin nümayəndəsi Boy Rafli Amar xəbər verib.

Həbs edilənlər Suriyaya gedərək İŞİD-ə qoşulmağa hazırlaşırmış. Məlumata görə, radikal qruplaşmanın tərəfdarları paytaxt Cakarta hava limanında saxlanılıblar.

Polis rəsmisinin sözlərinə görə, onların Suriyaya gedərək terrorçulara qoşulmaq istəmələri güman edilir.

"Jakarta Globe" qəzeti saxlanılanlardan üçünün AMF, A və W inisiallarından ad və ya soyad kimi istifadə etdiklərini xəbər verərək, W-in digər İŞİD tərəfdarlarına maliyyə dəstəyi verdiyini yazıb.

Son xəbərlər

Orphus sistemi