Bakı. 24 oktyabr. REPORT.AZ/ İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.
"Report"-un "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Abepura şəhərindən 267 km qərbdə olub.
ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntı barədə məlumat verilmir.