​İndoneziyada beş ayda iki milyon hektardan çox meşə yanıb

​İndoneziyada beş ayda iki milyon hektardan çox meşə yanıb Yanğınlar davam etdiyindən bu rəqəm artacaq
Digər ölkələr
4 Noyabr , 2015 03:39
​İndoneziyada beş ayda iki milyon hektardan çox meşə yanıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Son 5 ay ərzində İndoneziyada 2 milyon hektardan çox meşə sahəsi yanaraq məhv olub.

"Report" "Today Online"yə istinadən xəbər verir ki, müvafiq məlumatlar Milli Kosmik və Aviasiya Agentliyi tərəfindən açıqlanıb.

Cari ilin 21 iyun tarixindən 20 oktyabra qədər olan dövr ərzində toplanmış peyk məlumatlarına görə, 2 milyn 089 min 911 hektar meşə sahəsi külə dönüb.

İdarənin rəsmi nümayəndəsi Parvati Sofanın sözlərinə görə, yanan meşə sahələri artacaq, çünki yanğınlar, xüsusilə də Kalimantan və Sumatrada davam etməkdədir. Bundan əlavə, peyk qatı tüstüyə bürünmüş sahələri gözdən keçirə bilmir. Hazırda məlumatların toplanması davam edir. Onlar hər on gündən bir yenilənir.

Son xəbərlər

Orphus sistemi