İndoneziyada batan bərədən 200-ə yaxın insan xilas edilib

İndoneziyada batan bərədən 200-ə yaxın insan xilas edilib Xəsarət almış bir neçə nəfər xəstəxanaya yerləşdirilib
Digər ölkələr
18 Oktyabr , 2016 04:43
İndoneziyada batan bərədən 200-ə yaxın insan xilas edilib

Bakı. 18 oktyabr. REPORT.AZ/ İndoneziyada xilasedicilər batmış bərədən 200 nəfəri xilas edib.

"Report" xəbər verir ki, bu barədə "Jakarta Globe" qəzeti məlumat verib.

Məlumata görə, Flores adası sahillərində batan bərənin bortunda 142 sərnişin, 36 ekipaj üzvü olub.

"178 nəfər xilas edilib" – deyə qəzet xilasedicilərə istinadən məlumat yayıb.

Bortunda onlarla avtomobil və yük maşını olan "Dharma Kencana VII" dəniz bərəsi Maumerdən Flores adasına üzürmüş.

Hadisə zamanı xəsarət almış bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi