​İndoneziyada 60 xarici brakonyer gəmisi məhv edilib

​İndoneziyada 60 xarici brakonyer gəmisi məhv edilib Gəmilərin suda batırılması səkkiz ərazidə həyata keçirilib
Digər ölkələr
18 Avqust , 2016 04:38
​İndoneziyada 60 xarici brakonyer gəmisi məhv edilib

Bakı. 18 avqust. REPORT.AZ/ İndoneziyanın brakonyerliyə qarşı mübarizə aparan dövlət orqanları çərşənbə günü ölkənin ərazi sularında 60 xarici dövlətin balıqçı gəmisini məhv ediblər.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin balıqçılıq və dəniz tədqiqatları naziri Susi Pudjiastuti məlumat verib.

"Mənə elə gəlir ki, bu, özlüyündə xarici brakonyerlərə qarşı kifayət qədər ciddi mesajdır" – deyə "Jakarta Post" qəzeti nazirdən sitat gətirib.

Nazirin sözlərinə görə, gəmilərin suda batırılması dünyanın bu böyük arxipelaqının əsasən səkkiz nöqtəsində həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi