İndoneziyada 10 nəfər torpaq sürüşməsi və daşqınların qurbanı olub

İndoneziyada 10 nəfər torpaq sürüşməsi və daşqınların qurbanı olub Təbii fəlakət zamanı 30 nəfər xəsarət alıb
Digər ölkələr
21 Sentyabr , 2016 06:45
İndoneziyada 10 nəfər torpaq sürüşməsi və daşqınların qurbanı olub

Bakı. 21 sentyabr. REPORT.AZ/ İndoneziyanın Yava adasının qərb hissəsində baş vermiş daşqınlar və torpaq sürüşməsi zamanı ən azı 10 nəfər həlak olub, 2 sakin itkin düşüb, 30 nəfər isə müxtəlif cür ağır xəsarət alıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Təbii Fəlakətlərinin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsinin informasiya mərkəzinin rəhbəri bildirib.

"Hazırda xilasedicilər, silahlı qüvvələr, habelə polis və könüllülər birlikdə axtarış-xilasetmə əməliyyatlarını həyata keçirir", - deyə mərkəzin rəhbəri qeyd edib.

Bundan əvvəl isə Basarnas əyalətinin Axtarış-Xilasetmə İdarəsinin rəsmi nümayəndəsi Qərbi Yavada torpaq sürüşməsi zamanı iki nəfərin həlak olduğunu və Sumedanq rayonunun Çimarame kəndində 1 nəfərin itkin düşdüyünü bildirib.

Son xəbərlər

Orphus sistemi