İndiyədək ​Ebola virusuna 20 min nəfər yoluxub: 8 mindən çox insan ölüb

İndiyədək ​Ebola virusuna 20 min nəfər yoluxub: 8 mindən çox insan ölüb Epidemiya Qərbi Afrika ölkələri üçün ciddi iqtisadi və sosial problemlərə yol açacaq
Digər ölkələr
2 Yanvar , 2015 16:31
İndiyədək ​Ebola virusuna 20 min nəfər yoluxub: 8 mindən çox insan ölüb

Bakı. 2 yanvar. REPORT.AZ/ İndiyədək dünyada Ebola virusuna 20 000 insan yoluxub.

"Report"un "Euronews telekanalına istinadən veridyi məlumata görə, onlardan 8 mini artıq vəfat edib.

Beynəlxalq Səhiyyə Təşkilatının məlumatına görə, yoluxanların 9000 nəfəri Syerra Leonedədir. Mütəxəssislər deyirlər ki, yerli əhalini sadə karantin tədbirlərini görməyə məcbur etmək çox çətindir.

İqtisadiyyatçılar isə bildirirlər ki, virus Qərbi Afrika ölkələri üçün çox ciddi fəsadlar törədəcək. Belə ki, sərmayəçilər virusdan əziyyət çəkən ölkələrə sərmayə yatırmaq istəmirlər. Uşaqlar isə məktəbə getmədiyindən, bu, həmin regionun ölkələri üçün gələcəkdə ciddi sosial problemlərə yol aça bilər.

Son xəbərlər

Orphus sistemi