Bakı. 4 iyul. REPORT.AZ/ İlin sonunadək Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) İranın nüvə proqramı ilə bağlı mübahisəli məsələlər üzrə hesabat təqdim edəcək.
"Report" TASS-a istinadən xəbər verir ki, bu gün bu barədə MAQATE-nin baş direktoru Yukiya Amano açıqlama verib.
Lakin onun sözlərinə görə, bunun üçün İran tərəfi əməkdaşlıq istiqamətində əhəmiyyətli addımlar atmalıdır.
"Mən hesab edirəm ki, İran tərəfinin əməkdaşlıq edəcəyi təqdirdə biz ilin sonuna qədər bu ölkənin nüvə proqramı ilə bağlı məsələlər və onun hərbi məqsədli olub-olmamasına dair hesabatı təqdim edə bilərik", - Amano bildirib.