İlin əvvəlindən Finlandiyaya 15 min qaçqın gəlib

İlin əvvəlindən Finlandiyaya 15 min qaçqın gəlib Hadisələr belə davam edərsə, cari ildə sığınacaq axtaran şəxslərin sayı 30-50 minə çata bilər
Digər ölkələr
26 Sentyabr , 2015 12:17
İlin əvvəlindən Finlandiyaya 15 min qaçqın gəlib

Bakı. 26 sentyabr. REPORT.AZ/ Finlandiyaya bu il artıq 15 mindən yuxarı qaçqın gəlib.

"Report" "Yle"yə istinadən xəbər verir ki, gün ərzində ölkəyə 600-dən çox sığınacaq axtaran şəxs gəlir.

Finlandiyanın Miqrasiya idarəsinin nümayəndəsi Yuha Similya bəyan edib ki, hadisələr belə davam edərsə, cari ildə sığınacaq axtaran şəxslərin sayı 30-50 minə çata bilər. Onun sözlərinə görə, qaçqınlar üçün nəzərdə tutulan mərkəzlərdə yerləşdirilən hər bir miqranta ildə təxminən 15 min avro sərf edilir.

"Bu məbləğə işçilərin əmək haqqı, mərkəzin saxlanması xərcləri və qaçqınlara ödənilən ilkin müavinət daxildir" - Similya bildirib.

Son xəbərlər

Orphus sistemi