​Hüquq müdafiəçiləri: "Kürd silahlıları türkmənləri və ərəbləri evlərini tərk etməyə məcbur edirlər"

​Hüquq müdafiəçiləri: "Kürd silahlıları türkmənləri və ərəbləri evlərini tərk etməyə məcbur edirlər" Sənəd "PYD"-nin nəzarəti altında olan 14 rayon və kənddə aparılan araşdırma əsasında hazırlanıb
Digər ölkələr
13 Oktyabr , 2015 13:47
​Hüquq müdafiəçiləri: Kürd silahlıları türkmənləri və ərəbləri evlərini tərk etməyə məcbur edirlər

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Suriyadakı kürd silahlıları türkmənləri və ərəbləri evlərini, yaşadıqları rayonları tərk etməyə məcbur edirlər".

"Report" "BBC"yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Əfv Təşkilatının hesabatında bildirilib.

Təşkilatın hesabatına əsasən, Suriyanın Şimalına nəzarət edən, ABŞ və Rusiyanın dəstəklədiyi "PYD"-nin (terrorçu PKK-nın Suriyadakı qolu , "Demokratik Birlik Partiyası") silahlıları çoxlu sayda kəndi əhalisi ilə birlikdə bütövlükdə məhv ediblər.

"Gedəcək yerimiz yox" başlığı altında yayımlanan sənəd "PYD"-nin nəzarəti altında olan 14 rayon və kənddə aparılan araşdırma əsasında hazırlanıb.

Hüquq müdafiəçiləri Qərb dövlətlərini bu cinayətə biganə qalmamağa çağırıb.

Qeyd edək ki, ABŞ-ın bu terrorçu qruplaşmaya 50 ton silah göndərdiyi haqda məlumat yayılıb. 

Son xəbərlər

Orphus sistemi