Bakı. 10 oktyabr. REPORT.AZ/ Hondurasın Yoro departamentində avtobus ilə yanğınsöndürən maşının toqquşması nəticəsində 17 nəfər ölüb, daha 15 nəfər yaralanıb.
"Report" xəbər verir ki, yanğınsöndürən maşının avtobusa dəyməsi nəticəsində o aşıb.
Hadisə yerində 9 nəfər, eləcə də sürücü həlak olub. Ölənlər arasında uşaqlar da var.
Zərərçəkənlərin təxliyəsi üçün vertolyotlardan istifadə olunub.