Hollivud ​rejissoru Yanukoviç haqqında film çəkir

Hollivud ​rejissoru Yanukoviç haqqında film çəkir "Həqiqət Qərbdə danışılmır"
Digər ölkələr
31 Dekabr , 2014 11:43
Hollivud ​rejissoru Yanukoviç haqqında film çəkir

Bakı. 31 dekabr. REPORT.AZ/ Hollivud rejissoru Oliver Stoun Maydandakı hadisələr haqqında həqiqəti qərb tamaşaçılarına çatdırmaq üçün Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç haqqında sənədli film çəkir. "Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə O.Stoun Facebook sosial şəbəkəsindəki səhifəsində məlumat verib. 

Onun sözlərinə görə, o Moskvaya səfər edib və V.Yanukoviç ilə görüşüb. "Mən ingilis dilində çəkiləcək sənədli filmim üçün Yanukoviçdən dörd saatlıq müsahibə aldım", - rejissor qeyd edib. Onun fikrincə, Ukraynadakı fevral hadisələri və Yanukoviçin devrilməsinin arxasında üçüncü tərəf durur. 

"Həqiqət Qərbdə danışılmır. Bu Buşun İraqa hücumundan əvvəl olduğu kimi, tarixin sürrealist təhrifidir. Mən inanıram ki, Qərb həqiqəti öyrənəcək və ümid edirəm ki, bu gələcək ağılsızlığın qarşısını almaq üçün vaxtında baş verəcək", - O.Stoun vurğulayıb.

Son xəbərlər

Orphus sistemi