Hollandiyada məscidə hücum cəhdi olub

Hollandiyada məscidə hücum cəhdi olub Naməlum şəxslər bir sprey qabını yandıraraq məscidin qapısına atıblar
Digər ölkələr
8 Yanvar , 2015 20:40
Hollandiyada məscidə hücum cəhdi olub

Bakı. 8 yanvar. REPORT.AZ/ Bu gün Hollandiyanın Vlaardingen şəhərində əl-Hicra məscidinə hücum cəhdi olub.

"Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, naməlum şəxslər bir sprey qabını yandıraraq məscidin qapısına atıblar. Təhlükəsizlik kameraları tərəfindən də qeydə alınan hücum zamanı məscidə heç bir zərər dəyməyib.

Məsciddə heç kimsənin olmadığı vaxt həyata keçirilən hücumla bağlı polisə şikayət edilib.

Son xəbərlər

Orphus sistemi