Hollandiyada Aİ-Ukrayna sazişi üzrə referendum keçirilir

Hollandiyada Aİ-Ukrayna sazişi üzrə referendum keçirilir Referendumun yekun nəticələri aprelin 12-də elan olunacaq
Digər ölkələr
6 Aprel , 2016 10:43
Hollandiyada Aİ-Ukrayna sazişi üzrə referendum keçirilir

Bakı. 6 aprel. REPORT.AZ/ Hollandiyada məşvərətçi referendum keçirilir.

"Report" xəbər verir ki, seçki iştirakçıları Avropa İttifaqı ilə Ukrayna arasında bağlanmış sazişin ratifikasiya edilib-edilməməsinə qərar verəcək. Seçki qanunvericiliyinə görə, referendum yalnız seçicilərin ən azı 30%-nin iştirak edəcəyi təqdirdə baş tutmuş sayılacaq.

Referendumun yekun nəticələri aprelin 12-də elan olunacaq.

Referendumun nəticələri yalnız tövsiyə xarakterli olacaq. Belə ki, sazişi ləğv etmək səlahiyyəti yalnız Avropa Şurasındadır.

Son xəbərlər

Orphus sistemi