Bakı. 9 avqust. REPORT.AZ/ Hindistanın xanım siyasi fəalı İrom Şarmila bu gün 16 illik aclıq aksiyasına son qoymaq niyyətindədir.
Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.
O, aclıq aksiyasına Hindistanın Manipur ştatında hərbçilərin 10 dinc sakini öldürülməsinə etiraz əlaməti olaraq 2000-ci ilin noyabr ayında başlayıb.
Qeyd olunur ki, siyasi fəal uzun müddət xəstəxanada yatıb və burun borusu vasitəsilə məcburi qidalanıb.
Güclü xarakterinə görə, 44 yaşlı İrom Şarmila "Dəmir ledi" ləqəbi alıb.