Hindistanın şimalında silahlılar keçid məntəqəsinə hücum edib

Hindistanın şimalında silahlılar keçid məntəqəsinə hücum edib Yeddi hərbçi yaralanıb, iki yaraqlı məhv edilib
Digər ölkələr
15 Avqust , 2016 11:15
Hindistanın şimalında silahlılar keçid məntəqəsinə hücum edib

Bakı. 15 avqust. REPORT.AZ/ Hindistanda silahlılarla hərbçilər arasında silahlı qarşıdurma olub.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. 

Avqustun 15-də qeyd edilən Müstəqillik gününün keçirilməsini qadağan edilməsini tələb edən silahlılar Cammu və Kəşmir ştatında keçid məntəqəsinə hücumu nəticəsində yeddi hərbçi yaralanıb.

Hazırda ştatın hərbi qüvvələri digər silahlıların axtarışı ilə məşğuldur.

Daha bir toqquşma ştatın qərbində - Pakistanla sərhəddə yerləşən Uri şəhərində baş verib.

Məlumata görə, terroçular ştata həmsərhəd ərazilərdən Hindistana daxil olmağa çalışıb. Atışma nəticəsində iki terrorçu məhv edilib. Hərbçilər arasında olan itkilər barədə məlumat açıqlanmayıb.

Son xəbərlər

Orphus sistemi