Hindistanın şərqindəki daşqınlarda 216 nəfər həlak olub

Hindistanın şərqindəki daşqınlarda 216 nəfər həlak olub Bihar ştatında 1,5 mln. sakin öz əmlakı və inəklərini itirib
Digər ölkələr
10 Sentyabr , 2016 11:08
Hindistanın şərqindəki daşqınlarda 216 nəfər həlak olub

Bakı. 10 sentyabr. REPORT.AZ/ Hindistanın şərqindəki Bihar ştatında baş verən daşqınların qurbanlarının sayı 216 nəfərə çatıb, 1,5 mln. sakin öz əmlakı və inəklərini itirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarədən bildiriblər. 

İdarənin məlumatına görə, çaylarda suyun səviyyəsinin azalmağa başlamasına baxmayaraq, yeni qurbanlar və zərərlər haqqında məlumat gəlməkdə davam edir. Daşqınlarda Bihar ştatının 12 əyalətindəki 2 210 kənd zərər çəkib. Beş beton yaşayış binası uçub, 466 kənd tikilisi və 2 774 komanı sel aparıb. 8,5 mln. hektara yaxın kənd təsərrüfatı ərazisi su altında qalıb, onlarla körpü uçub və ya zədələnib. 

Xilasedicilər 740 min nəfəri təxliyə edib. 

Son xəbərlər

Orphus sistemi