Hindistanın şərqində bayram festivalı zamanı 7 nəfər ölüb

Hindistanın şərqində bayram festivalı zamanı 7 nəfər ölüb Yüksək gərginlikli elektrik naqili insan axının gur olduğu küçəyə düşüb
Digər ölkələr
17 Noyabr , 2015 20:51
Hindistanın şərqində bayram festivalı zamanı 7 nəfər ölüb

Bakı. 17 noyabr. REPORT.AZ/ Hindistanın şərqində Bihar ştatının Madhubani şəhərində yüksək gərginlikli elektrik naqilinin qırılaraq düşməsi nəticəsində 7 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə "The Hindu" qəzetinin elektron versiyası xəbər verir.

Faciə insan axının gur olduğu küçədə baş verib. Hadisə Çath bayramı münasibətilə keçirilən festival zamanı meyvə-tərəvəz satışı təşkil edilən küçədə qeydə alınıb.

Məlumata görə, 6 nəfər yerindəcə ölüb. Daha bir nəfərin xəstəxanada keçindiyi bildirilir.

Ştatın baş naziri Nitiş Kumar hadisənin səbəblərini araşdırmağı tapşırıb.

O, həlak olanların ailələrinə maddi yardım ediləcəyinə söz verib. 

Son xəbərlər

Orphus sistemi