Hindistanda Dünya Sufi Forumu keçirilib

Hindistanda Dünya Sufi Forumu keçirilib Hindistanın baş naziri: "Ölkəmizin mənəvi və intellektual ənənələrində görünə bilən aydın bir İslam irsi var"
Digər ölkələr
23 Mart , 2016 17:14
Hindistanda Dünya Sufi Forumu keçirilib

Bakı. 23 mart. REPORT.AZ/ Hindistanda Dünya Sufi Forumu keçirilib. Hindistanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, tədbirdə Hindistanın baş naziri Narendra Mod çıxış edib.

Baş nazir vurğulayıb ki, dünya İslam prinsipləri və yüksək insani dəyərlər tərəfdarı olan sufizm ismarıcını təşviq etməlidir.

O deyib ki, qlobal cəmiyyət əvvəl olduğundan daha çox ayıq olmalıdır və qaranlıq qüvvələrlə insani dəyərlərin parlaq işığı ilə mübarizə aparmalıdır: "Gəlin sufi şairi Cəlaləddin Ruminin sözlərindəki sonsuz humanizmi xatırlayaq: "Hər hansı bir mühakimə etmədən bütün insan sifətlərini özündə ehtiva et".

Baş nazir əlavə edib ki, İslam tarixən müxtəlif sivilizasiyalar ilə qarşılıqlı təsirdə olub və özünü zənginləşdirdiyi kimi dünyanı da zənginləşdirib: "Hindistanın, incəsənət, memarlıq və mədəniyyət və Hindistanın mənəvi və intellektual ənənələrində görünə bilən aydın bir İslam irsi var".

Qeyd edək ki, Dünya Sufi Forumunda Misir, İordaniya, Türkiyə, Britaniya, ABŞ, Kanada və Pakistandan olan alim, akademik və teoloqlar iştirak ediblər.

İngilis versiyası India hosts World Sufi Forum

Son xəbərlər

Orphus sistemi