Hindistanın Baş naziri 2004-cü ildən bəri ilk dəfə Pakistana səfər edib

Hindistanın Baş naziri 2004-cü ildən bəri ilk dəfə Pakistana səfər edib Danışıqların təfərrüatları haqqında ətraflı məlumat verilmir
Digər ölkələr
26 Dekabr , 2015 01:20
Hindistanın Baş naziri 2004-cü ildən bəri ilk dəfə Pakistana səfər edib

Bakı. 26 dekabr. REPORT.AZ/ Hindistanın Baş naziri Narendra Modi Əfqanıstandan ölkəsinə gedərkən gözlənilmədən Pakistana gəlib. O, Laxor şəhərində Hindistanın Baş naziri Nəvaz Şərif ilə görüşüb, onu ad günü münasibətilə təbrik edib.

"Report"un məlumatına görə, görüşdə Kəşmir məsələsi ilə bağlı uzun illərdir ki, münasibətləri korlanan iki ölkə arasında dialoqun davam etdirilməsi və inkişafı istiqamətində fikir mübadiləsi aparılıb.

Danışıqların təfərrüatları haqqında ətraflı məlumat verilmir.

Səfər çərçivəsində N.Modi N.Şərifin Laxordakı evinə gedərək onun qız nəvəsinin toyunda iştirak edib, gənclərə xeyir-dua verib.

Bu, 2004-cü ildən bəri Hindistan Baş nazirinin Pakistana ilk səfəridir.

Son xəbərlər

Orphus sistemi