​Hindistanda yük avtomobilinin dərəyə düşməsi nəticəsində 17 nəfər ölüb

​Hindistanda yük avtomobilinin dərəyə düşməsi nəticəsində 17 nəfər ölüb Qəza zamanı 12 nəfər xəsarət alıb
Digər ölkələr
23 May , 2016 02:25
​Hindistanda yük avtomobilinin dərəyə düşməsi nəticəsində 17 nəfər ölüb

Bakı. 23 may. REPORT.AZ/ Hindistanın şimal-şərqində ağır yol nəqliyyat hadisəsi baş verib. "Report"un xəbərinə görə, bu haqda yerli PTİ agentliyi məlumat yayıb.

Məlumata görə, yük avtomobilinin Arunaçal-Pradeş əyalətində dərəyə düşməsi nəticəsində ən azı 17 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Qeyd edək ki, avtomobillərin normadan artıq yüklənməsi, yolların pis olması və sürücülərin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar hər il ölkənin yollarında on minlərlə insan həyatını itirir.  

Son xəbərlər

Orphus sistemi