Bakı. 31 may. REPORT.AZ/ Hindistanın Maxaraştra ştatındakı silah anbarında baş vermiş yanğın zamanı ən azı 17 nəfər ölüb, 19 nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, bu haqda “India Today” telekanalı xəbər yayıb.
Şahidlər gecə yarısı partlayış səsi eşitdiklərini bildiriblər.
Hazırda yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri ərazidən təxliyyə edilir.