​Hindistanda 19 nəfəri sel aparıb

​Hindistanda 19 nəfəri sel aparıb Yerli hökumət hadisə nəticəsində ölənlərin ailəsinə 11,4 min dollar yardım ediləcəyini açıqlayıb
Digər ölkələr
11 Noyabr , 2015 15:53
​Hindistanda 19 nəfəri sel aparıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Hindistanın cənubunda Tamilnad ştatında son sutka ərzində baş verən leysan və daşıqınlar nəticəsində azı 19 nəfər ölüb. 

"Report" yerli mətbuata istinadən xəbər verir ki, ən çox insan Kuddalor şəhərində təbii fəlakətin qurbanı olub. Orada 15 nəfəri sel aparıb. Daha bir neçə nəfər isə ştatın ayrı-ayrı şəhərlərində tikintinin uçması nəticəsində həyatını itirib.

Yerli hökumət hadisə nəticəsində ölənlərin ailəsinə 11,4 min dollar yardım ediləcəyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi