Hindistanda onlarla adam yol ötürücüsünün dağıntıları altında qalıb

Hindistanda onlarla adam yol ötürücüsünün dağıntıları altında qalıb Qəza nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb
Digər ölkələr
1 Aprel , 2016 09:12
Hindistanda onlarla adam yol ötürücüsünün dağıntıları altında qalıb

Bakı. 1 aprel. REPORT.AZ/ Martın 31-də Hindistanın Kəlküttə şəhərində tikintisi tam bitməmiş yol ötürücüsünün çökməsindən sonra hələ də onlarla adam dağıntının altında qalıb. "Report" Hindistan KİV-inə istinadən xəbər verir ki, hadisə yerində xilasetmə işləri davam etdirilir.

Qəza nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

Uzunluğu iki km olan estakada 2009-cu ildən inşa olunur. Eyni zamanda işin bitmə tarixi bir neçə dəfə ertələnib.

Hələlik çökmənin səbəbi məlum deyil. Lakin ehtimallar arasında tikintinin keyfiyyətinin nəzarətsiz qalması və material qıtlığı da var.

Son xəbərlər

Orphus sistemi