​Hindistanda "MiQ-21" qəzaya uğrayıb

​Hindistanda "MiQ-21" qəzaya uğrayıb Ölkə Silahlı Qüvvələrinin arsenalında 874 "MiQ-21" mövcuddur
Digər ölkələr
24 Avqust , 2015 12:50
​Hindistanda MiQ-21 qəzaya uğrayıb

Bakı. 24 avqust. REPORT.AZ/ Hindistan Hərbi-Hava Qüvvələrinə məxsus "MiQ-21" qırıcısı ölkənin şimalında, Cammu və Kəşmirdə qəzaya uğrayıb.

"Report" xəbər verir ki, bu haqda Pakistanın "PTİ" agentliyi məlumat yayıb.

Hadisə bu gün yerli vaxtla 10.59-da ölkənin Budqam dairəsinin Soibaq kəndində baş verib. Hindistan Müdafiə Nazirliyi təmsilçisinin sözlərinə görə, qəza nəticəsində ölən olmayıb və katapultasiya olunan pilot hərbi helikopterlə hadisə yerindən təxliyyə edilərək, yerli hospitala yerləşdirilib.

Xatırladaq ki, Hindistan 1963-cü ildən keçmiş SSRİ-də istehsal olunan "MiQ-21" qırıcılarını Silahlı Qüvvələrinin arsenalına daxil edib. Bu döyüş maşınlarının 2019-cu ilədək istismar ediləcəyi planlaşdırılıb. Hindistan Silahlı Qüvvələrinin arsenalında 874 "MiQ-21" mövcuddur. Bu qırıcıların ölkəyə verilməsi ilə bağlı uyğun müqavilə 1962-ci ildə keçmiş SSRİ-nin lideri Sergey Xruşovla Hindistanın dövlət başçısı Cəvaharlal Neru arasında imzalanıb. 

Son xəbərlər

Orphus sistemi