Bakı. 31 mart. REPORT.AZ/ Hindistanın Kəlküttə şəhərində körpünün çökməsi nəticəsində azı 10 nəfər ölüb, 100-dən çox adam itkin düşüb. "Report" CNN telekanalına istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarının nümayəndələri məlumat verib.
Təxminən 150 nəfər də dağıntılar altında qalıb.
Xilasedicilər və hadisə yerində olanlar dağıntılar altında olanları xilas etmək üçün qəza zonasında sement və metal dağıntılarını təmizləməyə başlayıb.
Səlahiyyətlilərin məlumatına görə, körpüdə təxminən 5 ildir təmir işləri aparılırmış.