​Hindistanda istidən ölənlərin sayı 1,7 min nəfəri ötüb

​Hindistanda istidən ölənlərin sayı 1,7 min nəfəri ötüb Ölkədə havanın temperaturu gün ərzində 47 dərəcəyədək qalxıb
Digər ölkələr
29 May , 2015 01:28
​Hindistanda istidən ölənlərin sayı 1,7 min nəfəri ötüb

Bakı. 29 may. REPORT.AZ/ Son həftə ərzində Hindistanda müşahidə olunan anomal istilər nəticəsində ən azı 1,7 min nəfər dünyasını dəyişib.

"Report" xəbər verir ki, ən isti hava ölkənin cənub ştatları olan Andhra-Pradeş və Telanqanada qeydə alınıb.

Ölənlərin müvafiq olaraq 1 300 və 440 nəfəri bu ştatların payına düşüb. Orada havanın temperaturu gün ərzində 47 Selsi dərəcəsinədək qalxıb.

İsti hava, həmçinin Qərbi Benqal, Bihar, Odişa (keçmiş Orissa) və ölkə paytaxtında onlarla insanın həyatına son qoyub.

Yerli meteoroloqların məlumatına görə, isti hava şəraiti həftənin sonunadək davam edəcək.

Son xəbərlər

Orphus sistemi