​Hindistanda intihar epidemiyası yayılıb

​Hindistanda intihar epidemiyası yayılıb İlin əvvəlindən bu günə kimi təkcə 80 intihar hadisəsi qeydə alınıb
Digər ölkələr
8 May , 2016 00:23
​Hindistanda intihar epidemiyası yayılıb

Bakı. 8 may. REPORT.AZ/ Hindistanın Madxya-Pradeş ştatında intihar epidemiyası yayılıb. "Report" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumatda bildirilir ki, Madxya-Pradeş ştatının təkcə Badi kəndində ilin əvvəlindən bu günə kimi 80 intihar hadisəsi qeydə alınıb. Bir sıra sakinlər könüllü intihar etməsi halları get-gedə artır. Mövhumatçı yerli sakinlər bunu dini faktorla əlaqələndirirlər.

İntiharlar digər ərazilərdə də geniş tüğyan edir. Psixiatr Srikantx Reddi bunu başqa amillərlə əlaqələndirib. O, "Times of India" nəşrinə müsahibəsində bildirib ki, kimyəvi preparatların insanın orqanizminə təsiri nəticəsində depressiya, hətta şizofreniya da inkişaf edə bilər.

Artıq Badi kəndində intihar epidemiyasının qarşısını almaq məqsədilə alkoqollu içkilərin qəbulu qadağan edilib. Amma bu, sakinlərin spirtli içki dalınca qonşu kənd və qəsəbələrə qaçmalarına səbəb olub.

Qeyd edək ki, kəndin tabeliyində olduğu Kxarqon dairəsi Hindistanın ən kasıb regionlarının siyahısına daxil edilib.

Son xəbərlər

Orphus sistemi