Hindistanda instituta hücum etmiş silahlı qrup zərərsizləşdirilib

Hindistanda instituta hücum etmiş silahlı qrup zərərsizləşdirilib Atışma zamanı 1 cinayətkar öldürülüb
Digər ölkələr
12 Oktyabr , 2016 08:19
Hindistanda instituta hücum etmiş silahlı qrup zərərsizləşdirilib

Bakı. 12 oktyabr. REPORT.AZ/ Hindistanın Cammu və Kaşmir ştatlarının dövlət institutunda barrikada qurmuş silahlı qrup zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bu barədə "Tİmes of India" polisə istinadən məlumat yayıb.

Məlumata görə, cinayətkarlar yerli vaxtla saat 06:30-da zərərsizləşdiriliblər. Onlar bu əraziyə Cela çayı vasitəsilə gəliblər.

Yeddi mərtəbəli binaya daxil olmuş silahlılar polisin diqqətini cəlb etmək üçün burada yanğın törədiblər. Asayiş keşikçilərinin silahlılarla atışması zamanı 1 polis əməkdaşı yaralanıb. 

Atışma zamanı həmçinin 1 cinayətkar öldürülüb.

Son xəbərlər

Orphus sistemi