Bakı. 30 iyul. REPORT.AZ/ Hindistanda güclü yağışlar nəticəsində yaranmış daşqınlar 70 nəfərin ölümünə səbəb olub.
"Report" "Sinxua" agentliyinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ölkənin şimal-şərqindəki Assam ştatında ölənlərin sayı 29 nəfərə çatıb. Odişa ştatında isə 27 nəfər daşqınların qurbanı olub.
Yerli polisin verdiyi məlumata görə, Meqxalaya ştatında da 3 nəfər daşqınlar zamanı həlak olub.
Paytaxt Dehlidə bir sıra yollar keçilməz olub.
Güclü yağışlar Mumbay şəhərində, habelə ölkənin şimal-qərbindəki Radjastxan ştatında da zərərsiz ötüşməyib.
***20:30
Hindistanın şimal-şərqindəki Assam və Bihar ştatlarında baş vermiş daşqınlar zamanı 52 nəfər həyatını itirib.
"Report"un məlumatına görə, ölkənin daxili işlər naziri Radjnatx Sinqx Assam ştatına səfəri zamanı bu ərazidə 26 nəfərin daşqınların qurbanı olduğunu bildirib.
Biham ştatının Fövqəladə Hallar Departamenti idarəsinin məlumatına görə isə, daşqınlar nəticəsində bu ştatda 26 nəfər həlak olub.
Dörd milyona yaxın insanın yaşadığı regionda güclü yağışlar artıq iki gündür davam edir.