Hindistanda daşqınlar nəticəsində 156 nəfər ölüb, 1,4 milyon nəfər zərər çəkib

Hindistanda daşqınlar nəticəsində 156 nəfər ölüb, 1,4 milyon nəfər zərər çəkib Xilasedicilər ümumilikdə 556 min sakini təxliyə ediblər
Digər ölkələr
28 Avqust , 2016 22:59
Hindistanda daşqınlar nəticəsində 156 nəfər ölüb, 1,4 milyon nəfər zərər çəkib

Bakı. 28 avqust. REPORT.AZ/ Hindistanın şərqində yerləşən Bihar ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 156 nəfərə çatıb, təqribən 1 milyon 400 nəfər yerli sakin əmlakını və evini itirib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Milli İdarəsi məlumat yayıb.

Məlumata görə, "təkcə ötən gün ərzində 3 vətəndaşın öldüyü qeydə alınıb, son iki həftə ərzində daşqın qurbanlarının sayı ən azı 156 nəfərə çatıb".

Ümumilikdə təbii fəlakətdən Bihar ştatının 12 dairəsinin 2024 kəndində təqribən 1,4 milyon nəfər zərər çəkib. Güclü sel 8 mln. hektar kənd təsərrüfatı sahəsini su altında qoyub, yolları yuyub aparıb, onlarla körpü ciddi şəkildə zədələnib və ya dağılıb.

Xilasedicilər qayıqlarda təhlükəli yerlərdə qalan 556 min nəfəri təxliyə ediblər, onların 303 mini 598 müvəqqəti yaşama düşərgəsinə yerləşdirilib, digərləri qohum və dostlarının evində özlərinə sığınacaq tapıblar.

Daşqınlar ştat ərazisindən keçən altı böyük çayda, o cümlədən Qanqda musson yağışları səbəbindən suyun səviyyəsinin artması nəticəsində yaranıb.

Son xəbərlər

Orphus sistemi