Hindistanda casusluqda şübhəli bilinən pakistanlı diplomat saxlanılıb

Hindistanda casusluqda şübhəli bilinən pakistanlı diplomat saxlanılıb Mahmud Axtarda olan gizli sənədlər Hindistanın müdafiə strategiyası ilə əlaqəlidir
Digər ölkələr
27 Oktyabr , 2016 11:15
Hindistanda casusluqda şübhəli bilinən pakistanlı diplomat saxlanılıb

Bakı. 27 oktyabr. REPORT.AZ/ Hindistan polisi casusluqda şübhəli bilinən Pakistan səfirliyinin əməkdaşını Nyu Dehlidə saxlayıb.

Bu barədə "Report" Hindistan KİV-inə istinadən xəbər verir.

Saxlanılan Mahmud Axtar son üç ildə diplomatik nümayəndəlikdə çalışıb və diplomatik pasporta da malikdir. Bu gün polis məntəqəsində sorğu-sual edilən səfirlik əməkdaşı diplomatik toxunulmazlığı olduğundan sonradan sərbəst buraxılıb.

Polis qəsdən sənəd sızması olduğunu ehtimal edir. Mahmud Axtarda olan gizli sənədlər Hindistanın müdafiə strategiyası ilə əlaqəlidir.

Son xəbərlər

Orphus sistemi