​Hindistanda bina uçub, 5 nəfər ölüb, 30-a yaxın insan dağıntılar altında qalıb

​Hindistanda bina uçub, 5 nəfər ölüb, 30-a yaxın insan dağıntılar altında qalıb Binada 8 ailə yaşayıb
Digər ölkələr
31 İyul , 2016 11:33
​Hindistanda bina uçub, 5 nəfər ölüb, 30-a yaxın insan dağıntılar altında qalıb

Bakı. 31 iyul. REPORT.AZ/ Bu gün Hindistanın Maharaştra ştatında üçmərtəbəli binanın uçması nəticəsində ən azı 5 nəfər ölüb, onlarla insanın dağıntılar altında qalma ehtimalı var.

"Report" xəbər verir ki, insident bazar günü səhər, Mumbayın 20 km. şimal-şərqində yerləşən Bxivandi şəhərində baş verib.

Yerli mətbuatın məlumatına görə, binada 8 ailə yaşayıb, ən azı 30 nəfərin dağıntılar altında qalma ehtimalı var. Hazırda xilasetmə işləri görülür.

Binanın qəzalı vəziyyətdə olduğu, yerli hakimiyyət orqanlarının onu yaşayış üçün təhlükəli hesab etdikləri qeyd olunur.

Son xəbərlər

Orphus sistemi