​Hindistanda avtobus dərəyə aşıb, 10 nəfər ölüb

​Hindistanda avtobus dərəyə aşıb, 10 nəfər ölüb İnsident Mizoram ştatının cənub hissəsində baş verib
Digər ölkələr
25 Oktyabr , 2015 11:52
​Hindistanda avtobus dərəyə aşıb, 10 nəfər ölüb

Bakı. 25 oktyabr. REPORT.AZ/ Ötən gün axşam Hindistanın şərqində avtobus dərəyə aşıb.

"Report" "Indian Express" nəşrinə istinadən xəbər verir ki, qəza nəticəsində 10 nəfər ölüb, daha 9 nəfər yaralanıb.

İnsident Mizoram ştatının cənub hissəsində baş verib. Hadisə yerində xilasetmə işləri bütün gecə boyu davam etdirilib. Xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb, onlardan üçünün vəziyyəti ağırdır.

Polisin ilkin məlumatına görə, qəzaya avtobus sürücüsünün qarşı zolaqla hərəkət edən yük maşını ilə toqquşmadan qaçmaq istəməsi səbəb olub.

Son xəbərlər

Orphus sistemi