​Hindistanda 70 nəfər təbii fəlakətin qurbanı olub

​Hindistanda 70 nəfər təbii fəlakətin qurbanı olub Qucarat hökuməti ölənlərin hər birinin ailəsinə 6,3 min dollara yaxın maliyyə yardımı ayırıb
Digər ölkələr
26 İyun , 2015 15:59
​Hindistanda 70 nəfər təbii fəlakətin qurbanı olub

Bakı. 26 iyun. REPORT.AZ/ Hindistanın qərbində yerləşən Qucarat ştatında azı 70 nəfər leysan nəticəsində əmələ gəlmiş daşqın və torpaq sürüşməsinin qurbanı olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu dövlət naziri Nitin Patel bildirib.

Onun sözlərinə görə, daşqın nəticəsində təkcə Amreli rayonunda 26 nəfər ölüb.

Hindistan Hərbi Hava Qüvvələrinin vertolyotları vasitəsi ilə avtobusun 44 sərnişini xilas edilib.

Daşqın təhlükəsinə görə Amreli, Rackot, Bhavnaqar və Gir-Somnath şəhərlərinin əhalisi evlərini tərk etməyə məcbur olublar.

Qucarat hökuməti ölənlərin hər birinin ailəsinə 6,3 min dollara yaxın maliyyə yardımı ayırıb. Məlumata əsasən, daha çox xəsarət alan rayonlara da maddi yardımlar ediləcək. 

Son xəbərlər

Orphus sistemi