​Hindistanda 200-dən çox insan anomal istilərin qurbanı olub

​Hindistanda 200-dən çox insan anomal istilərin qurbanı olub Hakimiyyət sakinlərə günorta vaxtı evdən çıxmamağı məsləhət görüb
Digər ölkələr
23 May , 2015 21:57
​Hindistanda 200-dən çox insan anomal istilərin qurbanı olub

Bakı. 23 may. REPORT.AZ/ Ötən beş həftə ərzində Hindistanda 230 nəfərdən çox insan istidən dünyasını dəyişib.

“Report” xəbər verir ki, daha çox ölüm halı Andra Pradeş və Telanqana ştatlarında qeydə alınıb.

Telanqana ştatının bəzi rayonlarında havanın temperaturu kölgədə 48 Selsi dərəcəyə çatıb. Xəstəxanalar günvurma diaqnozu ilə gətirilən pasientlərlə dolub.

Hakimiyyət yerli sakinlərdən günorta saatlarında evdən bayıra çıxmamağı məsləhət görüb.

Son xəbərlər

Orphus sistemi