​Hindistanda 160-a yaxın insan daşqınların qurbanı olub

​Hindistanda 160-a yaxın insan daşqınların qurbanı olub Ölənlərin sayının çoxalacağı istisna edilmir
Digər ölkələr
4 Avqust , 2015 00:45
​Hindistanda 160-a yaxın insan daşqınların qurbanı olub

Bakı. 4 avqust. REPORT.AZ/ Hindistanın bir neçə ştatında baş vermiş daşqınlar nəticəsində 160-a yaxın insan həlak olub.

"Report"un verdiyi xəbər görə, bu haqda "Hindustan Times" qəzeti yazır.

Yağış mövsümündə Qucarat ştatında baş vermiş daşqın nəticəsində 53 nəfər həlak olub, Qərbi Benqaliyada isə 48 nəfər qurban qeydə alınıb.

Ötən həftə ərzində Racastan ştatında 28, Manipurda isə 23 nəfər daşqınlar nəticəsində həyatını itirib.

Orissa ştatında 5 nəfərin öldüyü bildirilir.

Qəzetin yazdığına görə, ölkə rəhbərliyi qurbanların sayının artacağını istisna etmir. Buna səbəb isə itkin düşənlər haqda məlumatın olmasıdır.

Xəbərdə kənd təsərrüfatı sahələrinin yararsız hala düşməsi və bir çox binaların sıradan çıxması haqda da bildirilir.  

Son xəbərlər

Orphus sistemi