Hindistan: zəhərli alkoqoldan ölənlərin sayı 90-a çatıb

Hindistan: zəhərli alkoqoldan ölənlərin sayı 90-a çatıb Zəhərlənmə faktını araşdıran polis bir nəfəri həbs edib
Digər ölkələr
21 İyun , 2015 06:33
Hindistan: zəhərli alkoqoldan ölənlərin sayı 90-a çatıb

Bakı. 21 İyun. REPORT.AZ/ Hindistanda zəhərli spirtli içkidən ölənlərin sayının 90 nəfərə çatdığı bildirilir. "Report"un BBC-yə istinadən verdiyi məlumatına görə, Mumbay şəhərinin bir qrup gecəqondu sakini çərşənbə günü spirtli içki qəbul etdikdən sonra özlərini piss hiss etməyə başlayıb. 

Zəhərlənmə faktını araşdıran polis bir nəfəri həbs edib.

Qeyd edək ki, Hindistanda spirtli içkidən zəhərlənmə müntəzəm hal alıb, insanlar tez-tez ucuz alkoqol içirlər. Yanvar ayında Hindistanın Uttar Pradeş ştatında zəhərli spirtli içkidən ən azı 29 nəfər həlak olmuşdu.

Son xəbərlər

Orphus sistemi