​Hindistanda anomal hava şəraiti nəticəsində 30-dan çox insan ölüb

​Hindistanda anomal hava şəraiti nəticəsində 30-dan çox insan ölüb Sinoptiklər bölgədə belə hava şəraitinin daha bir neçə gün davam edəcəyini bildiriblər
Digər ölkələr
23 Dekabr , 2014 11:49
​Hindistanda anomal hava şəraiti nəticəsində 30-dan çox insan ölüb

Bakı. 23 dekabr. REPORT.AZ/ Hindistanın şimalında - Uttar-Pradeş ştatında anomal soyuqlar nəticəsində 31 nəfər ölüb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, temperatur aşağı düşdüyündən güclü duman əmələ gəlib və 150-dən artıq dəmiryol, bəzi istiqamətlərə uçan təyyarə reysləri təxirə salınıb. Nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Yerli hakimiyyət dekabrın 28-dək məktəbləri bağlayıb.

Sinoptiklər bölgədə belə hava şəraitinin daha bir neçə gün davam edəcəyini bildiriblər.

Son xəbərlər

Orphus sistemi