​Hillari Klinton özünə vitse-prezident seçib

​Hillari Klinton özünə vitse-prezident seçib O, vitse-prezident vəzifəsinə Virciniya ştatının senatoru Tim Keynin namizədliyini irəli sürüb
Digər ölkələr
23 İyul , 2016 06:07
​Hillari Klinton özünə vitse-prezident seçib

Bakı. 23 iyul. REPORT.AZ/ Demokratlar partiyasından ABŞ prezidentliyinə ən iddialı namizədlərdən sayılan Hillari Klinton vitse-prezident vəzifəsinə namizədinin adını açıqlayıb. 

"Report" xarici mətbuata istrinadən xəbər verir ki, o, Twitter-də vitse-prezident vəzifəsinə Virciniya ştatının senatoru Tim Keynin namizədliyini irəli sürüb.

"Başqa insanların hüquqları uğrunda mübarizə, öz həyatını sərf edən insan, şərikim Tim Keynin adını həyəcanla oxuyuram" – deyə o, yazıb.

"İndicə Hillari ilə telefonla danışdım. Onun şəriki olmaq mənim üçün böyük şərəfdir" – deyə Tim Keyn Klintona cavab verib.

Son xəbərlər

Orphus sistemi